“Qarabağ” – “Linfild”: Anşlaq olacaq?

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində öz meydanında Şimali İrlandiyanın “Linfild” klubuna qarşı keçirəcəyi cavab oyununa bilet satışı davam edir.

Komanda.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, bu gün, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya artıq 13 min bilet satılıb.

“Qarabağ” – “Linfild” matçına saat 20:00-da start veriləcək. Komandalar arasındakı ilk matç Ağdam təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button