“Qarabağ” onları Şotlandiyaya aparmır

“Qarabağ” Konfrans Liqasının pley-off mərhələsinin “Aberdin”lə cavab matçı üçün bu gün Şotlandiyaya yola düşəcək.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Komanda.az-a verdiyi məlumata görə, müdafiəçilər Bədavi Hüseynov, Elvin Cəfərquliyev və Rahil Məmmədov zədəli olduqları üçün Aberdinə aparılmayacaq. Üç futbolçudan başqa, komandanın heyətində itki yoxdur.

“Aberdin” – “Qarabağ” matçı avqustun 26-da, “Pittodri” stadionunda, Bakı vaxtı ilə saat 22:45-də keçiriləcək. Komandalar arasında Bakıda baş tutan ilk matçda “Qarabağ” 1:0 hesabıyla qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button