“Qarabağ”ın “Gent”lə oyunlar üçün iştirak ərizəsi

Konfrans Liqasının pley-off mərhələsində Belçikanın “Gent” klubu ilə üz-üzə gələcək “Qarabağ” iştirak ərizəsini UEFA-ya təqdim edib.

Komanda.az xəbər verir ki, zədəli durumda olan qapıçı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Abbas Hüseynov heyətə salınmayıb.

Yeni transferlərdən isə Redon Cica, Adama Diakabi, Yassin Benzia və “Qarabağ-2″nin qapıçısı Ayhan Arazlı sifariş edilib.

Qapıçılar: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov; 94. Ayhan Arazlı;

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 87. Adama Diakabi;

Hücumçular: 9. Musa Qurbanlı, 77. Ramil Şeydayev, 99. Redon Cica.

“Qarabağ”la “Gent” arasında oyunlar fevralın 16-da Bakıda, 23-də isə Belçikada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button