“Qarabağ”da ciddi itki – azı 5 ay olmayacaq

“Qarabağ” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisinin yarımmüdafiəçisi Xayme Romero sıradan çıxıb.

İspaniyalı yarımmüdafiəçi Konfrans Liqasının qrup mərhələsində “Bazel”ə qarşı keçirilən oyunun (0:0) ilk hissəsində, ön çarpaz bağlarından xəsarət alıb.

31 yaşlı futbolçu əməliyyat olunacaq. Romero azı 5 ay yaşıl meydanlardan uzaq qalacaq.