“Adidas” şirkəti “Qarabağ”la əməkdaşlığı dayandırıb? – AÇIQLAMA

“Qarabağ” klubu açıqlama yayıb.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi mətbuatda komandanı geyim dəsti ilə təmin edən “Adidas” şirkəti ilə əməkdaşlığın pozulmasına dair məlumatlara aydınlıq gətirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Qarabağ” klubundan edilən açıqlamada, iddiaların həqiqəti əks etdirmədiyi bildirilib.

Ermənistan mətbuatı “Adidas” şirkətinin “Qarabağ” klubu ilə əməkdaşlığı birtərəfli qaydada dayandırdığına dair məlumatlar yaymışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button