“Qarabağ” “Keşlə” ilə oyuna tam heyətlə hazırlaşa bilmir

“Qarabağ” Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində qarşılaşacağı “Keşlə” ilə oyuna hazırlığı davam etdirir.

Komanda.az xəbər verir ki, milli komandanın düşərgəsindən qayıdan bəzi futbolçular bu gün baş tutan məşqdə iştirak etməyiblər.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev isə Qətərlə matçdan dərhal sonra “Qarabağ”ın heyətində kollektiv məşqlərə qoşulub. Digər futbolçular isə yalnız bərpa məşqi ilə kifayətləniblər.

“Qarabağ” “Keşlə” ilə noyabrın 19-da “Azərsun Arena”da qarşılaşacaq. Oyuna saat 19:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button