“Qarabağ” “Keşlə”ni yenə məğlub etdi

Qəbələdə təlim-məşq toplanışında olan “Qarabağ”la “Keşlə” bu gün növbəti yoxlama oyununda qarşılaşıb.

Komanda.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən oyun Ağdam təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Xatırladaq ki, “Qarabağ” “Keşlə”yə qarşı keçirdiyi ilk yoxlama oyununda da qələbə qazanmışdı – 3:1.

“Keşlə” bundan sonra “Zirə”ni 1:0, “Səbail”i 2:0 hesabıyla məğlub edib. “Qarabağ” isə digər görüşlərində “Sabah”a 1:2 hsabıyla uduzub, “Neftçi”yə 1:0 hesabıyla qalib gəlib.

Yoxlama oyunu
5 avqust

Qarabağ – Keşlə 4:0
Qol: Abdullah Zubir, 30. Kevin Medina, 70. Mahir Emreli, 76. Ovusu Kvabena, 89.