“Qarabağ” bu göstəricidə ikinci oldu

“Qarabağ” Azərbaycan Premyer Liqasının 25-ci turunda “Qəbələ”ni məğlub edib (3:1).

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, həmin matç Ağdam təmsilçisi üçün əlamətdar olub.

1992-ci ildən keçirilən çempionatın daimi iştirakçısı “Qəbələ” ilə səfər oyununa qədər 1398 dəfə fərqlənə bilmişdi. Qəbələ şəhər stadionunda qonaqların vurduğu ikinci top 1400-cü kimi tarixə düşüb. Yubiley qolunun müəllifi Musa Qurbanlı olub.

Ağdam klubu Azərbaycan çempionatlarında 1400 və ya daha çox qol vuran ikinci komandadır. Bu göstəricidə yalnız “Neftçi”dən geri qalan “Qarabağ” 878-ci matçında yubileyə imza atıb. Qol sayını 1401-ə çatdıran komandanın orta məhsuldarlığı 1,60-a bərabərdir.

Xatırladaq ki, “köhlən atlar”ın ölkə çempionatlarındakı ilk qolunu 1992-ci il mayın 3-də Mehman Alışanov vurub. Sabirabad “İnşaatçı”sı ilə ev oyununda fərqlənən futbolçu həm də yarışın tarixində ilk qolun müəllifidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button