“Qarabağ” Bolqarıstandakı beynəlxalq turnirin qalibi oldu

“Qarabağ”ın 13 yaşadək futbolçulardan ibarət komandası Bolqarıstanda keçirilən “Sozopol Cup 2025” turnirinin qalibi olub.

Komanda.az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda bu gün keçirilən həlledici matçda “Burqas”la qarşılaşıb.

Rəqib qapısından 2 cavabsız top keçirən “Qarabağ”ın heyətində Kamil Bədirxanlı və Zəfər İbrahim fərqləniblər. Beləliklə, komanda turnirin kubokuna sahib çıxıb.

Qrup mərhələsinin 5 oyununda 10 xal toplayan Ağdam komandası yarımfinalda “Levski”ni penaltilər seriyasında məğlub edib – 0:0 (4:3-p.).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button