“Qarabağ” azarkeşləri Zirədə stadiona buraxılmadı

Azərbaycan Premyer Liqasının 1-ci turunda “Zirə” “Qarabağ”ı qəbul edir.

Komanda.az xəbər verir ki, matçda komandalarını dəstəkləmək üçün Zirə İdman Kompleksinin stadionuna gələn bir qrup “Qarabağ” azarkeşi içəri buraxılmayıb. Buna səbəb, stadiona ümumi tutumun 30 faizi qədər izləyici buraxılmasıdır.

Zirə stadionunda yalnız bir tribuna olduğundan buraxılan azarkeş sayı da az olub.

Ağdam klubunun tribunaya qalxa bilməyən fanatları əvvəlcə stadionun kənarından komandalarına dəstək olsalar da, daha sonra həmin yeri tərk ediblər.

İlk hissəsi davam edən qarşılaşmada hesab açılmayıb – 0:0.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button