“Qarabağ” “Zirə” üçün başlayır

“Qarabağ” Azərbaycan Premyer Liqasının 5-ci turunda “Zirə” ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün “qartallar”la keçiriləcək səfər matçının hazırlıqlarına başlayacaq. Bu barədə “Qarabağ”ın rəsmi “facebook” səhifəsi məlumat yayıb. “Qarabağ” “Zirə” ilə oyunöncəsi məşqini klubun bazasında keçirəcək.

Sabah keçiriləcək “Zirə” – “Qarabağ” matçı saat 19:00-da start götürəcək.