“Qarabağ” Avstriyaya yola düşdü

İyunun 9-dan yeni mövsümün hazırlığına başlayan “Qarabağ” Bakıdakı təlim-məşq toplanışını yekunlaşdırıb.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi bu gecə hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanıb.

Avstriya toplanışı üçün 3 yoxlama oyunu nəzərdə tutulub. Rəqiblər isə hələ müəyyənləşməyib.