“Qarabağ” əsrin rekorduna imza atdı

“Qarabağ” klubu çempionatda bir mövsüm ərzində vurulan qol sayında 21-ci əsrin rekorduna imza atıb.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, bunadək “Xəzər Lənkəran” 2004/05, “Qarabağ” 2013/14 və 2015/16 mövsümlərində 66 qol vurmuşdu. Ağdam komandası bu göstəricini iki top üstələyib.

Xatırladaq ki, “Qarabağ” 2021/22 mövsümündə ümumilikdə 100-cü qolunu vurub. Yubiley topuna Musa Qurbanlı imza atıb. O, Premyer Liqanın 27-ci turunun “Səbail”lə səfər qarşılaşmasında (3:0) komandasının ikinci qolunun müəllifi olub.

Qurban Qurbanovun yetirmələri 100-cü qolunu 45-ci matçda vurub. Qol sayını 101-ə çatdıran Ağdam klubu Premyer Liqada 68, ölkə kubokunda 15, Konfrans Liqasında 18 dəfə fərqlənib.

Bizi Telegramda izləyin