“İlk 25 dəqiqədə çox tələsdik” – İnzaqi

“İnter”in baş məşqçisi Simone İnzaqi “Empoli” üzərində qələbəni (4:2) şərh edib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, qalibiyyətin komandaya inam verdiyini deyib:

“İlk 25 dəqiqədə çox tələsdik. Buna baxmayaraq, qalib gəldik və buna görə futbolçuları təbrik etdim. Xoşbəxtlikdən, qalib gəldik, bu, komandaya inam verdi. Mövsümün əvvəlindən çox çalışırdıq, indi hazırlığın bəhrəsini görürük.

Təcrübəli və səviyyəli futbolçuları olan komanda ilk hissədə iki qol buraxmamalıdır”.

36 oyundan sonra Simone İnzaqinin komandası 78 xalla İtaliya A Seriyasında 1-ci yerdədir. Bir oyun az keçirən “Milan”ın 77 xalı var.