“Qalatasaray”ın hücumçusu “Yuventus”la matç haqda: “Yüz faiz hazırıq”

“Qalatasaray”ın hücumçusu Barış Alper Yılmaz UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Yuventus”a qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu gün İstanbuldakı “Rams Park” stadionunda baş tutacaq qarşılaşma öncəsi türkiyəli futbolçu matçın əhəmiyyətini vurğulayıb:

“Bu oyun həm ölkəmiz, həm də klubumuz üçün çox önəmlidir. Yüz faiz hazırıq. Baş məşqçinin planını düzgün yerinə yetirsək, azarkeşlərə gözəl oyun təqdim edəcəyik. Məqsədimiz meydanı qələbə ilə tərk etməkdir. Səhvlərdən qaçmağa çalışacağıq. Bu oyun futbolçular üçün özünü göstərmək baxımından yaxşı imkandır. Ümid edirəm ki, mən də yaxşı çıxış edəcəm”.

Komandalar arasında cavab matçı fevralın 25-də Turində keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button