“Qalatasaray”ın futbolçusunda koronavirus aşkarlandı

Türkiyənin “Qalatasaray” klubunda koronavirusa yeni yoluxma qeydə alınıb.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə İstanbul təmsilçisinin bir futbolçusunda infeksiya aşkarlandığı diqqətə çatdırılıb. Virusa yoluxmuş oyunçunun adı açıqlanmayıb. Onun karantinə alındığı bildirilib.

Qeyd edək ki, “Qalatasaray” fevralın 10-da Türkiyə kubokunun 1/4 final mərhələsində “Alanyaspor”u qəbul edəcək.