“Qalatasaray”ın forvardı millidə zədələndi

Türkiyənin “Qalatasaray” klubunun hücumçusu Kostas Mitroğlu sıradan çıxıb.

Komanda.az xəbər verir ki, yunanıstanlı hücumçu AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Lixtenşteynlə səfər matçında zədələnib.

Yunanıstan yığmasının forvardı bu matçın 22-ci dəqiqəsində zədə alıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, zədəsi ağır olan futbolçu erkən əvəzlənməli olub.

Mitroğlunun zədəsinin nə dərəcədə ciddi olduğu qarşıdakı günlərdə ətraflı müayinədən sonra bəlli olacaq.

Yunanıstan yığması bu qarşılaşmadan 2:0 hesabıyla qalib ayrılıb.