“Qalatasaray” Terimin illik qazancını açıqladı, kapitanla “nikah” təzələdi

Türkiyə çempionu “Qalatasaray” baş məşqçisi Fatih Terimlə müqavilənin müddətini uzatdığını rəsmən açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Təcrübəli mütəxəssislə 2+3 illik müqavilə imzalanıb. 65 yaşlı məşqçi qarşıdakı iki mövsümdə ilinə 18 milyon lirə məvacib alacaq.

Yeri gəlmişkən, “Qalatarasaray” kapitanı Səlçuk İnanla da 1 illik yeni müqavilə imzalayıb. 34 yaşlı yarımmüdafiəçi 2019/20 mövsümündə də İstanbul təmsilçisində oynayacaq. Onun növbəti mövsüm üçün 4 milyon türk lirəsi maaş alacağı bildirilib.

Xatırladaq ki, Səlçuk İnan 2011-ci ildən “Qalatasaray”da çıxış edir. Fatih Terim isə 2017-ci ildə 4-cü dəfə İstanbul təmsilçisinin baş məşqçisi təyin olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button