Azərbaycan millisi Türkiyə və Moldova yığmaları ilə birgə hazırlaşır

Qadınlardan ibarət Azərbaycanın güləş yığması İstanbulda təlim-məşq toplanışını davam etdirir.

Komanda.az güləş federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 4-də start götürən hazırlıq prosesi ayın 20-dək davam edəcək. Komanda baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkiyə və Moldova milliləri ilə birgə hazırlıq keçir. “Qorrion” otelində məskunlaşan komandalar həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışır.

Təlim-məşq toplanışı qarşıdakı mühüm yarışlara, o cümlədən lisenziya turnirlərinə hazırlıq xarakteri daşıyır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button