Qəzada ölən futbolçunun forması əbədiləşdirildi

Türkiyənin “Alanyaspor” klubu yol qəzasında dünyasını dəyişən futbolçusu Yosef Şuralın forma nömrəsini əbədiləşdirib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Çexiyalı hücumçunun 90 nömrəli formasını artıq heç bir oyunçunun geyinməyəcəyi vurğulanıb. Bu barədə Alanya təmsilçisinin İdarə Heyəti qərar qəbul edib.

Qeyd edək ki, “Alanyaspor”un avtobusu “Kayserispor”la 30-cu tur qarşılaşmasından qayıdarkən aşıb. Nəticədə Yosef Şural ciddi xəsarət aldıqdan sonra xəstəxanaya yerləşdirilsə də, dünyasını dəyişib. Qəza nəticəsində “Alanyaspor”un daha 6 legioner futbolçusu xəsarət alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button