“Bayern”in baş məşqçisi 450 dəfə ölümlə təhdid edilib

“Bayern”nin baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasının 1/4 finalında “Vilyarreal”a iki oyunun nəticəsinə (0:1, 1:1) görə uduzaraq mübarizəni dayandırdıqdan sonra 450 ölüm təhdidi alıb.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis sosial media hesabında ölüm təhdidləri aldığını yazıb:

“Tənqidlərlə bağlı problemim yoxdur, lakin təkcə “instaqram” hesabımda 450 ölüm təhdidi yazıblar. Bunu qələbə qazansaq da, uduzsaq da, demək olar ki, hər oyundan sonra yaşayıram və oxumadan silirəm. Çoxu məni öldürmək istəyir. Lakin bu məsələlərə aiddiyatı olmayan anamı da öldürmək istəyirlər. Niyə belə olduğunu başa düşmürəm. Baş verənlərə baxmayaraq, “Bayern”də baş məşqçi kimi işimi davam etdirəcəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button