“Qəbələ”nin yeni transferi məşqlərə başladı

2022/2023-cü illər mövsümünə hazırlaşan “Qəbələ” Türkiyədə təşkil olunan təlim-məşq toplanışını davam etdirir.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” toplanışın üçüncü gününü bir məşqlə yekunlaşdırıb.

Bir gün öncə “Qaziantep”lə yoxlama oyunu (1:2) keçirən komandamın hazırlığı səhər saatlarında baş tutub. Bərpa xarakterli məşq iki qrupda keçib.

Futbolçuların bir hissəsi fitnes zalda məşq edib. Digər oyunçular meydanda toplu və topsuz çalışmalar yerinə yetiriblər. “Qəbələ”nin yeni transferi Feras Abu Akal da məşq prosesinə qoşulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button