“Qəbələdə oynamaq həmişə çətin olub” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Komanda.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Danışılacaq çox şey yoxdur. Mövsümdə belə oyun çox nadir hallarda olur ki, bu qədər qol epizodları yaradırsan, amma yekunda heç-heçə edirsən. Amma fikirləşirəm ki, yenə 1 xal qazandıq. Ümumən futbolçular pis oynamadı. Hər oyunda bu qədər qol epizodları yaratmaq olmur. Hər zaman Qəbələdə oynamaq bizim üçün çətin olub. Rəqibə növbəti oyunlarda uğurlar arzulayıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button