“Qəbələ”də 3 yeni müqavilə

“Qəbələ” daha üç futbolçusu ilə müqavilə müddətini uzadıb.

Komanda.az xəbər verir ki, Asif Məmmədov, Murad Musayev və Ürfan Abbasovla anlaşmalar yenilənib.

Futbolçularla imzalanan yeni müqavilələr daha bir il müddətinə nəzərdə tutulub. Anlaşmaları 2021-2022-ci illər mövsümünün sonunda başa çatan oyunçular 2022-2023-cü illər mövsümündə də “qırmızı-qara” formanı geyinəcək.

Abbasov “Qəbələ”nin heyətində Premyer Liqada 203 (4 qol), Məmmədov 152 (13 qol), Musayev 60 (2 qol) oyun keçirib.
Xatırladaq ki, “Qəbələ” daha öncə Ruan Renato, İsnik Alimi, Kristof Atanqana və Yaovi Akakpo ilə anlaşmanı bir il müddətinə uzadıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button