“Qəbələ” Türkiyə və Rumıniya klubları ilə qarşılaşacaq

“Qəbələ” 2022/2023 mövsümünün hazırlığına iyunun 15-də start verəcək.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” Qəbələdə bir araya gələcək. İyunun 30-dək davam edəcək təlim-məşq toplanışında bir yoxlama oyununun keçirilməsi planlaşdırılır.

Elmar Baxşıyevin baş məşqçi olduğu komanda iyulun 3-də Türkiyəyə yollanacaq. Əyalət klubu Boludakı “Termal” otelində məskunlaşacaq. Ayın 13-dək davam edəcək hazırlıq prosesində iki yoxlama matçı baş tutacaq. “Qəbələ” iyulun 5-də Türkiyənin “Qaziantep”, iyulun 12-də Rumıniyanın “Çiksereda” komandası ilə qarşılaşacaq.

Komandanın yeni mövsümə hazırlıq prosesinin növbəti bölümü UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin sabah təşkil olunacaq püşkatmasına əsasən müəyyənləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button