“Qəbələ” ilə “Səbail”in 18-ci dueli

Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura start veriləcək.

Komanda.az xəbər verir ki, “Qəbələ” turun ilk günündə “Səbail”lə görüşəcək. “Qırmızı-qaralar” ev qarşılaşmasını Qəbələ şəhər stadionunda keçirəcək.

Bu, iki komanda arasında 18-ci matç olacaq. Əvvəlki 17 oyunda üstünlük “Qəbələ”nin tərəfindədir. 8 qələbəsi olan “Qəbələ” 5 görüşdən sülhlə ayrılıb. Komanda 4 matçda uduzub. Bu üstünlük top fərqində də əksini tapıb – 29:18. Baqali Dabo “Səbail”ə qarşı görüşlərdə hamıdan çox – 6 qola imza atıb.

“Qırmızı-qaralar” Bakı təmsilçisi ilə 15 dəfə çempionat, 2 dəfə kubokda üz-üzə gəlib. Premyer Liqada 6 qələbə qazanan komanda 5 dəfə bir xalla kifayətlənib. Digər 4 oyunda “Səbail” qalib gəlib. 24 qol vuran “Qəbələ” 16 top buraxıb.

“Qəbələ” 9-cu dəfə “Səbail”lə öz meydanında üz-üzə gələcək. İndiyədək bu komanda evdəki 8 görüşdə uduzmayıb. 5 qələbəsi olan kollektiv 3 dəfə heç-heçə edib. Meydan sahiblərinin 15 qol vurduğu görüşlərdə qonaqlar 5 dəfə fərqlənib. “Qırmızı-qaralar” ev oyunlarını qolsuz tərk etməyib.

Xatırladaq ki, sentyabrın 18-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Səbail” matçına saat 17:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button