“Qəbələ” ilə “Neftçi”nin yubiley qarşılaşması

Sabah Azərbaycan Premyer Liqasında 26-cı tura start veriləcək.

Komanda.az xəbər verir ki, “Qəbələ” turun ikinci günündə öz meydanında “Neftçi” ilə görüşəcək.

Qəbələ şəhər stadionunda baş tutacaq matç iki komanda arasında yubiley – 60-cı duel olacaq.

Rəqiblər indiyədək 59 dəfə görüşüb. Hesabında 17 qələbə olan “Qəbələ” 16 heç-heçə edib və 26 dəfə məğlub olub. Rəqib qapısına 72 top vuran “Qəbələ” futbolçuları 87 qol buraxıb.

Bu görüş Premyer Liqa çərçivəsində 55-ci qarşılaşma olacaq. Əvvəlki 54 qarşılaşmada 16 qələbəsi olan “Qəbələ” 13 dəfə bir xalla kifayətlənib və 25 dəfə uduzub. Rəqib qapısına 65 dəfə yol tapan “qırmızı-qaralar” 82 top buraxıb.

“Qəbələ” “Neftçi” ilə 30-cu dəfə öz meydanında qarşılaşacaq. İndiyədək keçirilən 29 matçda “Qəbələ” 8 dəfə qalib gəlib, 7 heç-heçə edib və 14 dəfə uduzub. Bu matçlarda meydan sahibləri 38, qonaqlar 43 qol vurub.

Xatırladaq ki, mayın 9-da Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 19:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button