“Qarabağ”dan “qızıl dubl”!

Bu gün Azərbaycan kubokunun final oyunu keçirilib.

Komanda.az xəbər verir ki, həlledici matçda “Qarabağ”la “Zirə” üz-üzə gəlib. Qəbələdə keçirilən oyunda kağız üzərində “köhlən atlar” favorit görünürdü. Amma zirəlilərin də şansları az deyildi.

“Qarabağ” Premyer Liqada çempion olmaqla Çempionlar Liqasına vəsiqəni təmin etmşdi. “Zirə” isə 3-cü yerin sahibi kimi Avropa Konfrans Liqasına “bilet” qazanmışdı. Kubokda uğur qazanmaqla “Qarabağ” qızıl dubl edə, “Zirə” isə tarixində ilk dəfə olaraq kubok qazana bilərdi. Paytaxt təmsilçisi Qəbələdəki final görüşündə qələbə qazansa, bu, həm də onun çalışdırıcısı Rəşad Sadıqovun baş məşqçi kimi ilk ciddi uğuru olacaqdı.

Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə vaxtda da hesab dəyişmədiyindən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Qarabağ” kubokun qalibi və “qızıl dubl” müəllifi olub.

Azərbaycan kuboku, final

27 may

Qarabağ – Zirə 1:1 (penaltilər 4:3)
Qol: A.Zubir, 69 – H.Keyta, 17.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu.
Ehtiyat köməkçi hakim: Kamran Bayramov.
Hakim-inspektor: Fritz Stuxlik.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu, 19:00.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 29. Marko Veşoviç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 7. Riçaerd Almeyda, 13. Bəhlul Mustafazadə, 11. Xayme Romero, 15. Leandro Andrade, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.

Zirə: 41. Anar Nəzirov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 14. Hamidu Keyta, 4. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 10. Ağabala Ramazanov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 5. Rahil Məmmədov, 47. Məhəmməd Hamdaui, 9. Loris Broqno, 99. Ahmed Ayzaya, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 27. Tamerlan Burcəliyev.
Baş məşqçi: Rəşad Sadıqov.