“Qəbələ” gürcülərlə matça BOS-da hazırlaşır

UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə qarşılaşacaq “Qəbələ” bu matçın hazırlıqlarını davam etdirir.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışını başa vurduqdan sonra Bakıya qayıdan “qırmızı-qaralar”, iki gündür paytaxtda hazırlıq keçir. Avrokubok mübarizəsinə ikinci təsnifat mərhələsində başlayacaq komanda, məşqlərini Bakı Olimpiya Stadionunda  gerçəkləşdirib. İyulun 25-də Gürcüstanın “Dinamo” ilə ilk oyuna çıxacaq Sənan Qurbanovun yetirmələri, dünən günün ikinci yarısında hazırlıq keçib. Futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər.

 “Qəbələ” – “Dinamo” oyunu Qəbələ şəhər stadionunda keçiriləcək. İyulun 25-də baş tutacaq görüş saat 19:00-da başlayacaq.