“Qəbələ” azarkeşlərinin stadiona girişinə qadağa qoyuldu

Azərbaycan Premyer Liqasının 13-cü turunun “Qəbələ” – “Zirə” matçı meydan sahiblərinin azarkeşləri olmadan keçiriləcək.

Komanda.az xəbər verir ki, bu qərar AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında verilib.

Premyer Liqanın 12-ci turunun “Sabah” –“Qəbələ” oyununda qonaq komandanın azarkeşlərinin törətdikləri ictimai təhlükəli əməllərə (iğtişaş törədilməsi, meydana kənar əşyaların atılması və stadiona zərər vuraraq oturacaqların sındırılması faktı) görə, “Qəbələ” klubunun azarkeşlərinin stadiona girişinə bir oyunluq məhdudiyyət qoyulub.

Bu səbəbdən, çempionatın 13-cü turunda keçiriləcək “Qəbələ” – “Zirə” oyununda birincilərin azarkeşlərinin stadiona girişi qadağan edilib.

Bundan əlavə, “Sabah” – “Qəbələ” oyununda hər iki komandanın azarkeşləri arasında kütləvi şəkildə intizamsızlıq baş verərək iğtişaş törədildiyinə görə klublar ayrı-ayrılıqda 4000 manat cərimə olunub.

Həmin oyunda qonaq azarkeşlər tərəfindən qaçış zolağına kənar əşyaların atılmasına görə “Qəbələ” klubu daha 1600 manat xərcə düşüb.

Azarkeşlər tərəfindən stadionda 73 ədəd plastik oturacağın sıradan çıxarılması səbəbindən dəymiş ziyan “Qəbələ” tərəfindən tam ödənilməlidir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button