Püşkatma tarixi açıqlandı – Azərbaycan millisinin rəqibləri bəlli olur

Fevralın 8-də Fransanın paytaxtı Parisdə UEFA Millətlər Liqası turnirinin 2024/25-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək.

Komanda.az xəbər verir ki, püşkatma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, C Liqasının 2-ci səbətində qərarlaşan milli komandamızın potensial rəqibləri məlumdur. Millimiz 1-ci səbətdən Rumıniya, İsveç, Ermənistan, Lüksemburq, 3-cü səbətdən Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr, 4-cü səbətdən isə Belarus, Estoniya, Latviya, Litva/Cəbəllütariq cütünün qalibi olacaq komandalardan formalaşacaq qrupda yer alacaq.

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C liqasının, 1-ci səbətində yer alan Ermənistan millimizə rəqib ola bilməz.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button