
PSJ onun üçün 130 milyon avro tələb edir
PSJ vingeri Bredli Barkola ilə yollarını ayırmağa tələsmir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Paris təmsilçisi 23 yaşlı futbolçu üçün 130 milyon avro tələb edir.
Barkolanın xidmətində “Liverpul” və “Arsenal” maraqlıdır. Premyer Liqanın hər iki klubu oyunçunun potensialını yüksək qiymətləndirsə də, PSJ-nin irəli sürdüyü maliyyə tələblərini qarşılamağa hazır deyil. “Transfermarkt” portalı Barkolanın bazar dəyərini təxminən iki dəfə aşağı – 70 milyon avro olaraq qiymətləndirir.
“Lion” akademiyasının yetirməsi olan fransalı futbolçu ötən mövsüm Luis Enrikenin rəhbərlik etdiyi komandada 49 oyuna çıxaraq, 13 qol vurub və 7 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



