
PSJ “Roma”nın qapıçısı ilə maraqlanır
PSJ qapı xəttini gücləndirmək üçün yeni alternativlər axtarır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Roma”nın 26 yaşlı qolkiperi Mile Svilar Paris klubunun maraq dairəsinə düşüb.
Hazırda PSJ-nin əsas qapıçısı rusiyalı Matvey Safonovdur.
Sviların bazar dəyəri 35 milyon avro olaraq qiymətləndirilir. Onun İtaliya klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



