PSJ-də qərar verildi: Mbappe qalır, Neymar…

Fransanın PSJ klubu hücumçusu Neymarı sata bilər.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, buna səbəb Paris klubunun digər hücumçusu Kilian Mbappeni saxlamaq istəməsidir. Fransalı futbolçunu komandada saxlamaqda qərarlı olan klub, Neymar və başqa bir futbolçunun satılmasına razıdır. Klub, Neymarı sataraq, Mbappeyə yüksək məvacib təklif etmək niyyətindədir.

Keçən yay “Barselona” Neymarı yenidən heyətinə qatmaq istəsə də, PSJ-nin yüksək təzminat məbləği tələbi ilə razılaşmamışdı.

Mbappenin PSJ ilə müqaviləsi 2022-ci ilin iyulunadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button