“Vest Hem” PSJ-nin maraqlandığı futbolçu üçün 116 milyon avro tələb edir

“Vest Hem”in yarımmüdafiəçisi Mateus Fernandes karyerasını Avropanın top-klublarından birində davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ 21 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır.

“Vest Hem” oyunçusunu yüksək qiymətləndirir və onun satışından təxminən 116 milyon avro tələb edir.

Portuqaliyalı yarımmüdafiəçi son mövsümdə “Vest Hem”də 42 oyunda meydana çıxıb, 5 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button