Messi: “Bilmirəm, bu, artıq Poçettinonun problemidir”

PSJ-nin yeni transferi Lionel Messi Paris komandasında hansı mövqedə oynayacağı ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, İspaniyanın “El Pais” nəşrinə müsahibə verən argentinalı hücumçu, baş məşqçi Maurisio Poçettino ilə bu haqda danışmadığını deyib:

“PSJ ilə danışıqlara başlayanda Maurisio mənə zəng etdi. Ondan mənimlə bağlı fikirlərini soruşdum. Poçettino Parisə gələcəyimdən çox məmnun olduğunu bildirdi. Onunla meydandakı taktika ilə bağlı danışmamışıq.

Hansı mövqedə oynayacam? Bilmirəm, bu, artıq Poçettinonun problemidir. O, bir yol tapacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button