
“Sabah”da yeni hücumçu
“Sabah” yeni futbolçu ilə anlaşıb.
Komanda.az xəbər verir ki, 25 yaşlı vinger Ksander Severina bundan sonra Masazır komandasının uğurları üçün çalışacaq.
Kurasaolu futbolçu İsrailin “Makkabi” (Hayfa) klubundan transfer edilib. Yeni transferlə 2+1 illik müqavilə bağlanıb.
Severina karyerası ərzində Niderlandın “Den Haaq” (2021-2023), Serbiyanın “Partizan” (2023-2024), Portuqaliyanın “Kaza Pia” (2025-2026) və İsrailin “Makkabi” (Hayfa, 2024-2026) komandalarında çıxış edib. O, Kurasao millisinin heyətində 5 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



