PSJ-nin yeni hədəfi – ingilis futbolçu

PSJ “Tottenhem”in futbolçusunu heyətinə qatmaq istəyir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Paris klubu “Tottenhem”in üzvü Dele Allinin xidmətində maraqlıdır. Məlumata görə, fransızlar yanvar ayında 24 yaşlı futbolçu üçün hərəkətə keçəcək. İngiltərə Premyer Liqasında kifayət qədər oyun şansı qazanmayan yarımmüdafiəçi də London klubundan ayrılmağa müsbət yanaşır.

PSJ yay transfer dövründə Allini heyətinə qatmağa çalışsa da, “Tottenhem” onu satmaqdan imtina etmişdi.

2015-ci ildən “Tottenhem”də çıxış edən ingiltərəli futbolçunun London klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button