PSJ-nin qapıçısı millidəki yerini itirmək riski ilə üzləşib

PSJ-nin qapıçısı Luka Şevalye 2026-cı il dünya çempionatı ərəfəsində Fransa millisindəki yerini itirmək riski ilə üzləşib.

O, Braziliya (2:1) və Kolumbiya (3:1) yığmaları ilə keçirilən yoxlama oyunlarına çağırılsa da, meydana çıxmayıb və ehtiyatda qalıb. Fransa millisinin baş məşqçisi Didye Deşam bildirib ki, Şevalye hazırda komandada üçüncü qapıçı statusundadır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa yığmasının məşqçilər heyəti onun özünəinamında azalma olduğunu və mövsümün əvvəlinə nisbətən daha zəif performans göstərdiyini düşünür.

Planlara əsasən, 2026-cı il dünya çempionatında əsas qapıçılar kimi Mayk Menyan (“Milan”) və Brays Samba (“Ren”) çıxış etməlidir. Bu isə Şevalyenin heyətdəki gələcəyini sual altına alır.

24 yaşlı Şevalye yanvarın 23-dən bəri PSJ-nin heyətində meydana çıxmayıb.

2026-cı il dünya çempionatı 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək və turnirə 48 komanda qatılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button