“Burda qalmaq üçün hər şey edəcəm” – İkardi

PSJ-nin “İnter”dən icarəyə götürdüyü Mauro İkardi karyerasını Paris təmsilçisində davam etdirmək istəyir.

Komanda.az xəbər verir ki, bu barədə argentinalı hücumçu, Fransa mətbuatına açıqlamasında deyib:

“Meydanda özümü sübut etməliyəm. Ötən ayı yaxşı keçirdik, ancaq edəcəyimiz çox şey var. Burda qalacammı, bilmirəm. PSJ kimi bir komandada olmaq hər kəs üçün vacibdir. Dünyanın ən yaxşı komandalarından biridir. Burda qalmaq üçün hər şey edəcəm”.

PSJ 65 milyon avro ödəməklə İkardinin transfer hüquqlarına sahib ola bilər.