“Real”ın uğurunu “inanılmaz” adlandırdı

PSJ-nin müdafiəçisi Serxio Ramos keçmiş komandası “Real”ı Çempionlar Liqasının qalibi olması münasibətilə təbrik edib.

Komanda.az xəbər verir ki, ispan futbolçu sosial şəbəkə hesabında belə yazıb:

“İnanılmaz, “Real”! Yenidən tarix yazmağınız, Çempionlar Liqasını qazanmağınız münasibətilə təbrik edirəm!”

“Real” final matçında “Liverpul”u 1:0 hesabı ilə məğlub edib.

Ramos “Real”la 2013/2014, 2015/2016, 2016/2017 və 2017/2018 mövsümlərində Çempionlar Liqasının qalibi olub.

36 yaşlı ispan müdafiəçi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 13 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button