Tuxel keçmiş futbolçusunu “Çelsi”yə gətirmək istəyir

PSJ-nin müdafiəçisi Markinyos karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Çelsi” 26 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. Komandanın yeni baş məşqçisi Tomas Tuxel PSJ-də birlikdə çalışdığı müdafiəçini “Çelsi”də görmək istəyir. Tuxel müdafiədə olan boşluğu Markinyosla doldurmağı düşünür.

2013-cü ildən PSJ-də çıxış edən Markinyosun klubla müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button