“O, indiyə qədər gördüyüm ən yaxşı futbolçudur” – Neymar

PSJ-nin futbolçusu Neymar komanda yoldaşı Kilian Mbappe və “Barselona”nın kapitanı Lionel Messi haqda danışıb.

Komanda.az xəbər verir ki, FİFA-nın mətbuat xidmətinə açıqlama verən braziliyalı hücumçu, Messinin gördüyü ən yaxşı futbolçu olduğunu deyib:

“Messi ilə oynamaq misilsiz təcrübə idi. Onunla dostuq. O, indiyə qədər gördüyüm ən yaxşı futbolçudur.

FİFA-nın versiyasına görə ilin ən yaxşısı seçilmək mənim üçün mühüm deyil. Həmişə deyirəm, ən vacibi komandanın uğur qazanmasıdır. Hər gün daha yaxşı olmaq üçün çox məşq edirəm.

Mbappe? O, əsl fenomendir. Tarixin ən yaxşı oyunçularından biri olmaq potensialına sahibdir. Onunla eyni komandada olmaq şərəfdir. Biz meydanda və meydandan kənarda bir-birimizi yaxşı başa düşürük. Onu çox sevirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button