Messi “Barselona”ya qayıdacaq

PSJ-nin futbolçusu Lionel Messi karyerasını bitirdikdən sonra İspaniyaya qayıtmaq istəyir.

Komanda.az xəbər verir ki, argentinalı hücumçu, bu barədə “sport.es” saytına açıqlamasında deyib:

“PSJ-dən nə vaxt ayrılacağımı bilmirəm. Lakin əminliklə deyə bilərəm ki, ailəmlə birlikdə Barselonaya qayıdıb, orda yaşayacam. Bu, mənim və həyat yoldaşımın istəyidir.

Hər zaman demişəm ki, “Barselona”ya xidmət etmək istəyirəm. Bilmirəm, bəlkə, klubda texniki menecer olaram, ya başqa bir vəzifə. Mənim istəyim kluba kömək etməkdir.

“Barselona” sevdiyim klubdur və bu klubun dünyanın ən yaxşıları arasında olması üçün öz töhfələrimi vermək istəyirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button