“Heç vaxt tarixin ən yaxşı futbolçusu olduğumu deməmişəm” – Messi

PSJ-nin futbolçusu Lionel Messi “France Football” nəşrinə müsahibə verib.

Komanda.az xəbər verir ki, argentinalı hücumçu, 7-ci dəfə “qızıl top” mükafatını qazanması haqda bunları deyib:

“Heç vaxt tarixin ən yaxşı futbolçusu olduğumu deməmişəm. Bu haqda danışmaq belə istəməmişəm. Tarixin ən yaxşı oyunçularından hesab edilirəm. Bu, mənim üçün kifayətdir. Belə bir şeyi xəyal etməzdim.

Belə vaxtlarda bir az bəxtə ehtiyac var. Tanrı mənə hər şeyi verməyə qərar verib. Buna inanıram”.