Tuxelin qovulmasını istəyir – Neymarla Mbappe

PSJ-nin futbolçuları Neymar və Kilian Mbappe komandanın baş məşqçisi Tomas Tuxelin xidmətindən narazıdır.

Komanda.az xəbər verir ki, bu barədə “Don Balon” nəşri məlumat yayıb. Xəbərdə, hər iki futbolçunun alman mütəxəssisə olan inamlarını itirdikləri bildirilib.

Neymar və Mbappe rəhbərlikdən Tuxelin istefaya göndərilməsini və onun əvəzinə Loran Blanın komandanın “sükanı arxasına” gətirilməsini istəyib. Blan 2013-2016-cı illərdə PSJ-ni çalışdırıb və hazırda işsizdir.

PSJ hazırda Liqa 1-də 21 xalla liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button