PSJ-nin Çempionlar Liqasının finalına hazırlıq planı məlum oldu

PSJ-nin UEFA Çempionlar Liqasının finalına hazırlıq planı məlum olub.

Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, Paris təmsilçisi finaldan əvvəl əlavə təlim-məşq toplanışı və yoxlama oyunları keçirməyəcək. Komanda Fransa çempionatındakı son oyununu mayın 17-də keçirəcək və bundan sonra birbaşa finala fokuslanacaq.

Baş məşqçi Luis Enrike futbolçulara ən azı üç gün istirahət verməyi planlaşdırır. Daha sonra məşqlər klubun bazasında davam etdiriləcək. İspaniyalı mütəxəssis komandanın əlavə səfərlərlə yüklənməsini istəmir və hazırlıq üçün ən ideal yerin klubun bazası olduğunu düşünür.

PSJ ilə “Arsenal” arasındakı final qarşılaşması mayın 30-da, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button