PSJ-nin 2 futbolçusu Qətərə yollanır

PSJ-nin iki futbolçusu – Marko Verratti və Yulian Draksler Qətər liqasına keçmək barədə razılığa gəliblər.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, italiyalı yarımmüdafiəçi Verratti on ildən çox Fransa klubunda qaldıqdan sonra yaxın günlərdə “Əl-Ərəbi”yə keçəcək. Transfer məbləğinin 40-50 milyon avro olacağı bildirilir.

Bundan əlavə, Verrattinin komanda yoldaşı, almaniyalı cinah oyunçusu Draksler də karyerasını Qətərdə davam etdirəcək. 29 yaşlı futbolçu da PSJ-nin məşqçilər korpusunun planlarına daxil edilməyib və Qətərin “Əl-Əhli” klubuna keçidi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button