Neymarın çəkisi azalıb

PSJ hücumçusu Neymar Santosun mövsümöncəsi vəziyyətini qiymətləndirib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı braziliyalı tətildən daha az çəkidə və yaxşı formada qayıdıb. Paris klubundan hesab edirlər ki, hücumçu mövsümöncəsi qüsursuz formadadır.

Neymar ötən mövsüm PSJ-nin heyətində 28 oyunda 13 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button