PSJ Neymarı itirdi

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Başakşəhər”ə 2:0 hesabı ilə qalib gələn PSJ ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Paris klubunun hücumçusu Neymar sıradan çıxıb. Oyunun 26-cı dəqiqəsində zədələnən braziliyalı futbolçu matçı davam etdirə bilməyib və əvəzlənib.

Komandanın baş məşqçisi Tomas Tuxel oyundan sonra verdiyi açıqlamada, Neymarın vəziyyətinə müayinədən sonra aydınlıq gələcəyini bildirsə də, onun bir neçə oyun buraxa biləcəyini də istisna etməyib.